- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

Avrokubokların 1-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA yeni əmsalı açıqlayıb. Allsport.az saytı xəbər verir ki, reytinqdə Azərbaycan mövqeyini dəyişməsə də, xal hesabını artırıb.
Buna səbəb, “Zirə”nin evdə “Differdange” (Lüksemburq) komandasına 2:0, “İnter”in səfərdə Serbiyanın “Mladost” klubuna 3:0 hesabı ilə qalib gəlməsi olub. Nəticədə, Azərbaycan hesabına 0,500 xal yazdırıb.
Ölkəmizin ümumi əmsalı 15,250-yə çatıb, hazırda Avropada 23-cüyük.