“Azərbaycan və Türkiyə klubları bir-birinin meydanında özlərini səfərdəki kimi hiss etməzlər”

“Vilyarreal”la oyunu israrla Türkiyədə keçirmək istədik. Bununla bağlı “Başağşəhər” ilə söhbətimiz oldu. Həm klub rəsmiləri, həm də prezident Göysəl Gümüşdağ bizi çox isti qarşıladı”.

Allsport.az saytı xəbər verir ki, “Qarabağ”ın direktoru Əmrah Çəlikəl qitə liqasının “İ” qrupunun 2-ci turunda İspaniya təmsilçisi ilə görüşün İstanbula salınması barədə danışarkən deyib. O, UEFA-nın bu qərarına sevindiklərini bildirib:

“Digər ölkələrdə təhlükəsizlik məsələsi başda olmaqla, sıxıntılarımız ola bilərdi. Türkiyədə hansı klubla əlaqə saxlasaq, bizi isti qarşılayacaqlarına əmin idik. Azərbaycan və Türkiyə qardaş ölkədir. Bu ölkələrin komandaları bir-birinin meydanında özlərini səfərdəki kimi hiss etməzlər”.

Xatırladaq ki, UEFA dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq “Qarabağ”ın ev oyunlarını neytral meydanda keçirilməsi ilə bağlı qərar verib. “Qarabağ” – “Vilyarreal” oyunu oktyabrın 29-da olacaq.

Həmin kateqoriyadan