Xorvatiya ilə matçın hakimləri bilindi

21 yaşadək futbolçulardan ibarət milli komandamızın Avropa çempionatının seçmə mərhələsində Xorvatiya ilə keçiriləcək oyununa hakim hakim təyinatları açıqlanıb.

Allsport.az xəbər verir ki, görüşü çexiyalı hakimlər briqadası idarə edəcək. Oyunu Andrey Berka idarə edəcək. Ona İvo Nadvornik və Matey Vlçek kömək edəcək. 4-cü hakim funksiyasını Pavel Orel yerinə yetirəcək.

Oktyabrın 12-də Sumqayıt şəhərindəki “kapital bank arena”da keçiriləcək görüş saat 20:30-da başlayacaq.

Həmin kateqoriyadan