“Azərbaycana rəqibi düzgün qiymətləndirmədiyimizə görə uduzduq”

Rusiyanın U-21 yığmasının baş məşqçisi Dmitri Xomuxa AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı Bakıda keçirdikləri oyunla bağlı ölkəsinin mətbuatına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– İndi Azərbaycana məğlubiyyətin səbəblərini açıqlaya bilərsiniz?
– Bir səbəb yoxdur. Amma çoxlu amillər var. Azərbaycanla oyundan öncə biz iki oyun keçirmişdik. Xorvatiya ilə yoxlama görüşü və Farer adaları ilə seçmə mərhələ oyunu. Müsbət nəticələr qazanmışdıq. Bu, uşaqlarda motivasiyanı aşağı saldı. Onlar düşündülər ki, Azərbaycanla oyunda da asanlıqla qələbə qazanacaqlar. Bu, bizi yanıltdı.

– Deməli, bu darmadağın rəqibi düzgün qiymətləndirməməyin nəticəsidir?
– Böyük ölçüdə, hə. Amma uşaqların çalışqanlığını da qeyd etmək lazımdır. Sadəcə, oyuna köklənmə, hücumların məntiqi sonluqla başa çatdırılması baxımından diqqətli olmaq istənilən səviyyədə deyildi.

– Mirançuk oyunun əvvəlində qol vursaydı, hər şey fərqli ola bilərdi?
– Oyunun necə nəticələnəcəyini deyə bilmərəm. Amma belə olan rəqib komanda daha çox irəli atılacaqdı, müdafiəsində boşluqlar yaranardı.

– Yığmamızın çox bərbad oynadığı fikri ilə razısınız?
– Bəli.

– Sirr deyilsə, oyundan sonra uşaqlara nə dediniz?
– Azərbaycan onların əsl səviyyəsini göstərdi. Ona görə müsahibə verməkdən, danışmaqdan daha çox klublarında öz üzərlərində çox işləmələri, nəyə qadir olduqlarını göstərmələri lazımdır.

– Bəs Azərbaycan yığmasından fərqli vəziyyətdir?
– Onlar mütəmadi olaraq Azərbaycan çempionatında oynayırlar, təcrübə toplayırlar.

Həmin kateqoriyadan