“Azərbaycanda 10 ildir xoşbəxt yaşamışam”

“Marsel”lə ilk matç bizim üçün vacib oyun oldu. “Marsel”ə hörmət etsək belə, futbolda mümkünsüz heç nə yoxdur. Cavab oyununu evdə azarkeşlərimizin önündə keçirəcəyik. Biz onları sevindirmək istəyirik. Biz özümüzə güvənirik”.

Allsport.az saytı xəbər verir ki, bu sözü “Qarabağ”ın futbolçusu Riçard Almeyda konfrans liqasının 1/16 finalında Fransa klubu ilə cavab oyunu öncəsi Braziliya mətbuatına deyib. O, Azərbaycanda bu qədər vaxt keçirəcəyini heç təsəvvür etmədiyini bildirib:

“Mən burada çox xoşbəxtəm. “Qarabağ”la çempionlar liqasını kəşf etdim. “Qarabağ”a qayıtdım, çünki bu klub mənim ailəm, məşqçi də atam kimidir. Bizə çox kömək edir. Bu klub mənə hörmət edir. Deyə bilərəm ki, 10 ildir xoşbəxt yaşamışam”.

Həmin kateqoriyadan