Azərbaycanda avrokubok oyunları bu kanallarda!

Cari mövsümündə çempionlar, Avropa və konfrans liqalarının oyunları Azərbaycanda 2 kanalda – “CBC Sport” və “İctimai” televiziyada yayımlanacaq. Allsport.az saytı xəbər verir ki, İTV-nin bununla bağlı yaydığı açıqlamada bildirilir:

““Saran Media” və ölkə ərazisində turnirin əsas yayımçısı CBC Sport telekanalı ilə əldə etdiyimiz razılaşma əsasında qeyd olunan turnirlərdə yarımfinal mərhələsinə kimi paralel keçirilən görüşlər İctimai Televiziyanın canlı efirində futbol həvəskarlarına təqdim olunacaq. Anlaşmaya əsasən hər oyun həftəsində 3 qarşılaşma telekanalımızda canlı yayımlanacaq”.

Məlumatda həmçinin bildirilib ki, bu gün ÇL-in pley-ofunda cavab görüşündə “Kopenhagen” (Danimarka) – “Rakov” (Polşa) oyununu saat 23:00-dan başlayaraq bu televiziyada göstəriləcək.

Həmin kateqoriyadan