- Baxış sayı: 27
- 03 Noyabr 2026 19:38
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Moskva “Spartak”ı azərbaycanlı futbolçu Ayaz Quliyevi “Rostov” klubuna satıb. Allsport.az saytı xəbər verir ki, 21 yaşlı futbolçu “kombaynçılar”la 4-illik anlaşıb. “Sarı-göylər” keçid üçün Moskva komandasına 500 min avro ödəyib.
Rusiyanın U-21 millisinin üzvü olan “Spartak”ın yetirməsidir. Həmyerlimiz “Spartak-2” və “Anji”də çıxış edib. Ötən mövsümün 2-ci yarısını icarə əsasında “Rostov”da keçirib.