Azərbaycanlı hakim konfrans liqasında 8 sarı vərəqə göstərdi

FİFA referisi Rauf Cabbarov konfrans liqasının oyununu idarə edib. Allsport.az saytı xəbər verir ki, onun rəhbərlik etdiyi hakimlər briqadası 2-ci təsnifat mərhələsinin ilk oyununda “Teuta” (Albaniya) – “İnter” (Andorra) matçında iştirak ediblər.

Matç Andorra təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:0. Həmyerlimiz 8 futbolçunu sarı vərəqə ilə cəzalandırıb. O, hər komandadan 4 oyunçuya rəsmi xəbərdarlıq edib.

Yan xətdə Namiq Hüseynov və Cavanşir Yusifov olublar. 4-cü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirib.

Həmin kateqoriyadan