Azad Rəhimov: “Bakı Olimpiya stadionunda test yarışı keçirilməyəcək”

«Bakı Olimpiya stadionunun tikintisi qaydasında gedir. İşin 95 faizi görülüb. Ötən ilin son günlərində cənab prezident İlham Əliyev bu arenada vəziyyətlə növbəti dəfə tanış oldu. Ölkə başçısı ümumi durumdan razı qaldı».

Allsport.az saytı xəbər verir ki, bunu gənclər idman naziri Azad Rəhimov bu gün «Fairmont» mehmanxanasında KİV-lə görüşdə dedi. Bakı-2015-in əməliyyatlar üzrə icraçı direktoru bildirdi ki, fevral-mart aylarında Azərbaycanın ən böyük futbol qurğusu istifadəyə veriləcək:

«Yaxın aylarda Bakı Olimpiya stadionunu tam istifadəyə hazır olacaq. Çox az işimiz qalıb. Arenanın ətrafında abadlaşdırma gedir. Kənardan keçənlər bunun şahidi ola bilərlər. Digər idman qurğularından fərqli, Bakı Olimpiya stadionunda test yarışları keçirilməyəcək. Orada yalnız ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimləri üçün məşqlər olacaq».

Həmin kateqoriyadan