- Baxış sayı: 57
- 21 İyul 2026 23:26
- Baxış sayı: 71
- İyul 19, 2026
- 0

Bu gün “Sabah” klubu çempionlar liqasının 2-ci ələməsinin ilk görüşündə evdə Finlandiya “Kups”una 2:0 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, Masazır stadionunda oyundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Valdas Dambrauskas qələbəyə şərh verdi:
“Bu qələbə münasibəti ilə hər kəsi təbrik edirəm. Yəqin ki, azarkeşlər bir az məyus getdilər. Çoxlu qol fürsətlərimiz oldu. Onlardan yalnız birindən istifadə etdik. Bizi səfərdə uzun yol gözləyir. Süni meydanda oynayacağıq. Rəqib ümidlidir və artıq bizi tanıyır. Hər şeyə rəğmən, futbolçulardan razı qaldım. Onlar verilən bütün tapşırıqları yerinə yetirdilər”.