“Azarkeşlərin tribunalarda olması bizim üçün əlavə üstünlükdür”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa konfrans liqasının “Aşdod”la oyunundan öncə mətbuat konfransında çıxış edib. Allsport.az saytı xəbər verir ki, o, matçla bağlı bunu söyləyib:

“İlk oyunlar bir az çətin keçir. Buna baxmayaraq, hazırlığımız yaxşı alınıb. Müəyyən problemlər var. Çalışacağıq ki, bunlar meydanda görünməsin. Bu matçda ən yaxşısını etməyə çalışacağıq. 

Azarkeşləri stadionlara qayıtmaqları münasibətilə təbrik edirəm. Fanatlar üçün darıxmışıq. Futbolu onlar üçün oynayırıq. Azarkeşlərin tribunalarda olması bizim üçün əlavə üstünlükdür”.

Həmin kateqoriyadan