- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

“Frayburq”un baş məşqçisi Kristian Ştrayx, Avropa liqasının “G” qrupunun son turunda “Qarabağ”la oyun öncəsi mətbuat konfransı keçirib. Allsport.az saytı xəbər verir ki, almaniyalı mütəxəssis Bakıya qələbə üçün yollanacaqlarını söyləyib:
“Heyətdə bəzi dəyişikliklər edə bilərik. Amma bu barədə danışmaq üçün hələ tezdir. Bəzi itkilərimiz də var. Azərbaycanda yüz faiz gücümüzü ortaya qoyacağıq ki, qələbə qazanaq. Bizim üçün bu, böyük təcrübədir. İlk olaraq “Qarabağ”la oyunu düşünürük, ondan sonra “Köln”lə Bundesliqadakı matça köklənəcəyik”.