- Baxış sayı: 25
- 22 İyun 2026 08:31
- Baxış sayı: 37
- İyun 22, 2026
- 0

Premyer liqanın 30-cu turunda “Neftçi” evdə “Araz-Naxçıvan”ı 3:0 məğlub edib. Allsport.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Miodraq Bojoviç oyun haqda danışıb:
“Bəziləri asan qələbə qazandığımızı deyə bilər. Biz düşünürdük ki, qol vuracağıq. Lakin daha erkən qol vurmağımız, fasilə ərəfəsində də hesabı 2:0 etməyimiz oyunçulara güvən və rahatlıq verdi. Oyunu nəzarətimizdə saxlaya bildik. İkinci hissədə də şanslarımız və səhvlərimiz var idi. Ümumən, oyun yaxşı keçdi”.