“Bahar turniri”ndə hansı komanda qalib gəldi?

AFFA-nın və “Bakcell” şirkətinin dəstəyi, Azərbaycan əlillər futbolu federasiyasının təşkilatçılığı ilə eşitmə qüsurlu əlillər arasında keçirilən futzal üzrə “Bahar turniri” başa çatıb.

Allsport.az saytı xəbər verir ki, “Azəri” komandası turnirin qalibi olub. “Ümid” və “Zirvə” komandaları ilk üçlükdə yer alıblar. “Ümid”dən Aslan Mehdiyev ən yaxşı oyunçu, Əliəkbər Əlizadə isə turnirin ən yaxşı qapıçısı seçilib. Turnirin ən məhsuldar futzalçısı 11 qol vuran “Azəri” komandasının üzvü Rabil Şahbazov olub.

Sonda komandalara medallar, diplomlar və kubok təqdim olunub. Mükafatları AƏFF-in prezidenti Elşad İbrahimli, federasiyanın üzvləri Nəbi Nəbiyev və Akif Hacıyev təqdim ediblər.

Həmin kateqoriyadan