FOTO
Bakı-2015 Əməliyyat Komitəsinin üzvləri Qəbələdə

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin üzvləri Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində baş tutan “Qəbələ” – “Sumqayıt” matçından öncə Qəbələyə səfər ediblər. Allsport.az xəbər verir ki, səfər çərçivəsində “Qəbələ”nin təlim-məşq bazası və futbol akademiyası ilə tanış olan nümayəndə heyəti klub əməkdaşları ilə yoldaşlıq oyununda üz-üzə gəlib.

Komandalar meydançaya “Baku-2015” logolu formalarda çıxıblar. Matç “Qəbələ”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın ardından klubumuzun futbol direktoru Toni Adams “oyunun ən yaxşı futbolçusu”na imzalı top hədiyyə edib. Heyətin başqa bir üzvü Adams imzası olan formaya sahib çıxıb. Komitə üzvləri “Qəbələ”-“Sumqayıt” matçını izlədikdən sonra paytaxta dönüblər.

Həmin kateqoriyadan