Bakı finalı Rokkiyə tapşırılıb

Avropa liqasının finalında “Çelsi” – “Arsenal” matçına təyinatlar açıqlanıb. Allsport.az saytı xəbər verir ki, görüşü İtaliyadan olan hakimlər idarə edəcək.

Baş referi Canluka Rokki olacaq. Ona Filippo Meli və Lorenso Manqanelli kömək edəcəklər. VAR hakimi Massimiliano İrrati, köməkçisi Marko Quida və Şimon Marçinyak olacaq. Oyunun 6-cı ədalət təmsilçisi Daniele Orsatodur.

Mayın 29-da Bakı olimpiya stadionunda görüş 23:00-da başlayacaq.

Həmin kateqoriyadan