“Bakı olimpiya stadionunda oyunumuz alınmır”

“Qarabağ”ın kapitanı Maksim Medvedev, konfrans liqasının “H” qrupunda 1-ci turunda İsveçrənin “Bazel” klubu ilə matç haqqında fikirini bölüşüb. Allsport.az saytı xəbər verir ki, 31 yaşlı müdafiəçi bəzi məqamda narahatçılığınmı ifadə edib: 

“Tofiq Bəhramov adına respublika stadionuna öyrəşmişik. Ora bizim üçün uğurlu arenadır. Bakı olimpiya stadionunda oyunumuz alınmır və nəticə qazana bilmirik. Bu tilsimi qırmaq istəyirik

Bizi ağır oyun gözləyir. Çox məsuliyyətli matç olacaq. Səbrisizliklə bu qarşılaşmanı gözləyirik. İstəyirik ki, özümüzü yaxşı tərəfdən göstərək. Baş məşqçinin tapşırıqlarını yerinə yetirsək, yaxşı nəticə qazana bilərik. Rəqibi analiz etmişik. Bunun üçün yenə də vaxtımız var”.

Bu gün Bakı olimpiya stadionunda görüş saat 20:45-də başlayacaq.

Həmin kateqoriyadan