“Bakı” ölkədən, FIFA futboldan qovub

“Bakı”nın sabiq futbolçusu İbrahim Karqbo futboldan ömürlük uzaqlaşdırılıb. Allsport.az saytı xəbər verir ki, 37 yaşında da meydana çıxmaqdan əl çəkməyən yarımmüdafiəçini bu dəfə zorla yola salıblar.
İbrahim danışılmış oyunlarda iştirak etdiyi üçün bu cəzaya məruz qalıb. Son olaraq İngiltərənin aşağı liqa təmsilçisi  “Dulviç Hamlet”də oynayan İbrahimin günahı sübuta yetirilib.

Doğrusu, belə bir oyunçunun indiyədək futbol oynaması özü nonsesdi. Karqbonu tanıyanlar onun karyerası boyunca danışılmış oyunlara qol qoyduğunu bilir. Bəlkə də indiyədək sübut etmək üçün əldə fakt olmayıb, amma o, bu işin sənətkarı idi.

2010-2013-cu illərdə “Bakı”da çıxış edən Karqbo son ilində məhz buna görə ölkəmizdən qovulmuşdu. Klub rəsmən açıqlama verməsə də, 4 şübhəli oyunda komandanın bilərəkdən məğlubiyyətini və sürpriz heç-heçəsini təşkil etməsi İbrahimə baha başa gəlmişdi. Ölkənin ən zəngin heyətinə və ən yaxşı büdcəsinə malik olan komanda zəiflərlə oyunlardan məyus ayrılırdı.

Futbolinfo.az-ın məlumatına görə, klub şübhələndiyi futbolçunu düşərgəsindən kənarlaşdırsa da, Karqbo indiyədək əməllərini davam etdirməyə iş yeri tapırdı. FIFA onu yalnız 37 yaşında ifşa edə bildi.

Həmin kateqoriyadan