Bakıda “Barselona”nın rəsmi düşərgəsi fəaliyyətə başladı

Ölkəmizdə ilk dəfə olaraq, dünyaca məşhur İspaniyanın “Barselona” Futbol Klubunun (FC Barcelona) rəsmi Kampı fəaliyyətə başlayıb. Allsport.az xəbər verir ki, Kamp “İnter” klubunun nəzdində, Şəfa stadionunda açılıb.

Fiziki hazırlığından asılı olmayaraq 6-16 yaş kateqoriyasında istənilən uşaq Barselona Klubunun Kampında iştirak edə biləcək. Kampın təşkil olunduğu ilk tarixlər noyabrın 17-dən dekabrın 12-nə qədərdir.

“Barselona”nın rəsmi Kampı azərbaycanlı gənc futbol həvəskarlarına Kataloniya təmsilçisinin gənc komandalarında istifadə olunan futbol bacarıqlarını və taktikalarını öyrənmək imkanı yaradır. BFK Kampı eyni zamanda, praktiki təcrübə vasitəsilə uşaqlara “Barsa” futbol modelini öyrənmək üçün bir vasitədir.

Kampın təlimləri 4 qrupdan uşaqdan ibarət olacaq və 3 sessiyada keçiriləcək. Təlim müddəti 2 həftə olmaqla təşkil olunur. “Barselona”nın rəsmi Kampı “Azerbaijan Consulting Group” (ACG) tərəfindən təşkil olunub.

Dünyanın müxtəlif yerlərində 20 000-dən artıq uşaq, “FCB Escola” tərəfindən təşkil edilən BFK Kampından istifadə edir. BFK Kamp gənc futbolçuları “Barselona”nın peşəkar məşqçiləri ilə təmin edir.

BFK Kamp formalaşma mərhələsində olan gənc oyunçuların yetişməsinə böyük diqqət göstərir. Bu Kampda qeydiyyatdan keçən uşaqlar, paralel məşqlərdə iştirak edir, futbol texnikasına yiyələnir, istirahət edir və əylənirlər. Kamp əsasən, məktəbli yaşlarında olan oğlan və qızları birgə təlimi üçün nəzərdə tutulub.

“Barselona” Kamplarında çalışan məşqçilər nəinki uşaqların futbol ilə əlaqədar bacarıqlarına, həmçinin gigiyena və pəhriz vərdişlərinin formalaşması və nəzarətdə saxlanılması üçün də çalışırlar. Kampın əsas hədəflərindən biri, “Barselona”nın təmsil etdiyi mühüm dəyərləri uşaqlara öyrətməkdir.

Kampda uşaqlara “Barselona” Akademiyasının koordinatoru Fredi Martin, məşqçilər Sergi Pi və Andreu Cerarols təlim keçəcək. Qeyd etmək lazımdır ki, UEFA lisenziyalı bu məşqçilərinin 15 ildən artıq məşqçi təcrübəsi, futbol üzrə magistr dərəcəsi vardır.

Həmin kateqoriyadan