Bakıda “Qarabağ” önündə aciz qalan Marselo “əfsanə” ilə vidalaşdı, azad futbolçu oldu

Marselo “Olimpiakos”un ümidlərini doğrultmadı. Allsport.az saytı xəbər verir ki, daha bir ulduz futbolçu azad agent bazarına daxil olub. Müdafiəçi Prey klubu ilə müqaviləni ləğv etdi, özü də keçiddən cəmi 6 ay sonra. Sabiq müdafiəçi niyə Yunanıstanda oynamadı?

Onunla anlaşma sentyabrın əvvəlində imzalanıb. Bu vaxt ərzində o, 10 dəfə meydanda olub. 34 yaşlı braziliyalı o ana qədər 16 mövsüm “Real Madrid”in geyimi ilə çıxış edib və 25 kubok qazanıb. Möhtəşəm nəticə!

“Qarabağ”la birgə Avropa liqasının “G” qrupunda yer alan “Olimpiakos” yekunda sonuncu oldu. Afinada “köhlən atlar”a 0:3 yenildi, Bakıda 0:0 oynadı. Hər 2 görüşdə Marselo meydanda idi.

Həmin kateqoriyadan