FOTO
Bakıda “Qarabağ”la bacarmayan ulduz futbolçu, məşhur aktrisa ilə 2000-ci ildən birgədir!

Ötən il Marselo üçün məhsuldar oldu. Allsport.az saytı xəbər verir ki, mayda braziliyalı 5-ci dəfə çempionlar liqasını qazandı. Amma yayda klubu dəyişmək məcburiyyətində qaldı: “Real Madrid”dən 15 ildən sonra, müdafiəçi “Olimpiakos”a keçdi. Sevimli arvadı ona Yunanıstanda məskunlaşmağa kömək edir.

Baxmayaraq ki, yeni klubu ona düşərli olmadı. “Qarabağ”la birgə Avropa liqasının “G” qrupunda yer alan “əfsanə” yekunda sonuncu oldu. Afinada “köhlən atlar”a 0:3 yenildi, Bakıda 0:0 oynadı. Hər 2 görüşdə ulduz futbolçu meydanda idi.

Klarissa Alves 1988-ci ildə Rio-de-Janeyroda anadan olub: Marselo ilə eyni yaşda və həmyerliləridir. Uşaq ikən valideynləri onu bütün həyatını əvvəlcədən müəyyən edən aktyor məktəbinə göndərdilər. Bəli, o, çox məşhur aktrisadır!

Həmin kateqoriyadan