«Bakı»nın gənc futbolçusu: ««Neftçi»də oynamağı daha çox istəyirəm»

«Bakı»nın hücuma meyilli gənc yarımüdafiəçisi Nurlan Novruzov göstərdiyi gözəl oyun, vurduğu qollarla Premyer liqa komandalarının diqqətini özünə cəlb edib.

Allsport.az saytının məlumatına görə, KİV-də ölkə çempionatının bombardirinin «Qarabağ», «Qəbələ» və «Neftçi» klublarının istədiyi qeyd olunub. 21 yaşlı futbolçu açıqlamasında deyib ki, o, özünü «ağ-qaralar»da görür:

««Neftçi»də oynamağı daha çox istəyirəm. Bu kolleutiv son dövrlər gənc futbolçulara çox şans verir. Belə komandalarda çıxış etsəm, hər oyuna 2-3 qol vura bilərəm».

Həmin kateqoriyadan