«Bakı»nın gənc yarımmüdafiəçisi qol yarışında iddialıdır

Ölkə çempionatının ən sərrast futbolçuları arasında qızğın rəqabət gedir. Allsport.az-ın məlumatına görə, bombardirlər siyahısına 8 qolla «İnter»in yeni transferi Mikel Alvaro başçılıq etsədə, o, çox arxayınlaşmamalıdır.

Çünki ispaniyalı orta sahə oyunçusunu 2 top geridə «Bakı»nın hücuma meyilli yarımmüdafiəçisi Nurlan Novruzov izləyir. Gənc forvard saytımıza açıqlamasında deyib ki, öz üzərində daha artıq çalışıb, mövsümü ilk yerdə bitirmək istəyir:

«Premyer liqada yaxşı futbolçular cəmlənib. Hazırda qol yarışında gərgin mübarizə gedir. Komandamı irəli aparmaq üçün, dəqiq zərbələrimin sayını artırmalıyıam. İnşallah, sonda birinci olaram».

Həmin kateqoriyadan