“Bakıya xoşbəxt qayıtmaq niyyətindəyik“

Sabah “Qarabağ” Avropa liqasının “H” qrupunun 2-ci turunda İsveçdə yerli “Hakken” klubu ilə qarşılaşacaq. Allsport.az xəbər verir ki, komandamızın hücumçusu Abdulla Zubir oyunla bağlı bunu deyib:

“Həftə boyu yaxşı hazırlaşmışıq. “Hekken” çox güclü komandadır. Qapıçıdan oyun qurucularına qədər yaxşı futbolçulardır. Keyfiyyətli oyunçulara malikdirlər. Buna baxmayaraq, bura inamlı gəlmişik. Yaxşı nəticə qazanıb, Azərbaycana, Bakıya xoşbəxt qayıtmaq niyyətindəyik.

“Qarabağ” böyük klubdur. Bu isə təzyiq deməkdir. Bunu dərk edirik. Bizim komandadan gözləntilər çoxdur. Hamı yaxşı nəticə gözləyir. Məşqlərdə səylə çalışıram, inkişaf üçün əlimdən gələni edirəm. Komanda olaraq azarkeşlərimizi sevindirməyə çalışırıq”.

Həmin kateqoriyadan