Baqali Dabo: Avroliqada uğurlu çıxış üçün yeni futbolçular bir-birini yaxşı başa düşməlidir

“Rəqibin kim olduğundan asılı olmayaraq, oyuna tam olaraq köklənmək lazımdır. Avropa liqası kimi turnirlərdə hər bir komanda sürpriz edə bilər. Hamının imkanı var”. Allsport.az saytı xəbər verir ki, bu sözü klub saytına “Neftçi”nın yeni transferi Baqali Dabo deyib. Püşkü dəyərləndirən fransalı hücumçu “Uypeşt”i düzgün qiymətləndirməyə çağırıb:

“Uypeşt” Macarıstan çempionatından Avropa liqasında vəsiqə qazanmış bir komandadır, bu artıq bir göstəricidir. Amma biz daha çox özümüzü fikirləşməliyik”.

Yeni oyunçularının “Neftçi”yə gəlməsini qeyd edən ön xətt dutbolçusu onların komandaya tez bir zamanda uyğunlaşmasının vacibliyindən danışdı: “Bizim bir neçə yeni oyunçularımız var, mən də onlardan biriyəm. Biz komandaya tez bir zamanda uyğunlaşmalıyıq, bir-birimizi yaxşı başa düşməliyik ki, Avropa liqasında uğurlu çıxış edə bilək”.

“Neftçi”yə bu yaxınlarda qoşulan forvard, özünü komandada çox xoşbəxt hiss etdiyini bildirib: “Burada olduğuma görə razıyam. Növbəti mövsümə bütün komanda kimi mən də ciddi hazırlaşıram”.

Həmin kateqoriyadan