- Baxış sayı: 134
- 08 May 2026 23:17
- Baxış sayı: 174
- May 08, 2026
- 0

“Qəbələ”nin hücumçusu Baqali Dabo Fransa mətbuatına müsahibə verib. Allsport.az saytı xəbər verir ki, o, komandasının “Sent-Etyen”ə qarşı oyun öncəsi bir sıra maraqlı məqamlara toxunub:
“Sent-Etyen”ə qarşı səfərdə oynamağı və bu şəhərdəki, stadiondakı atmosferi hiss etməyi çox arzulayırdım. Fikrimcə, bu oyunda da möhtəşəm ajiotaj olacaq.
Premyer Liqanın 8-ci turunda “İnter”lə görüşdə zədələndiyim üçün, çox məyus oldum. İlk reaksiyam o oldu ki, “Sent-Etyen”lə matçı buraxacağam. “Joffrua Gişar”da olan atmosferi həmişə xatırlayıram. Bu oyunda meydana çıxmağı düşündüyüm bir vaxtda, belə bir zədə ilə üzləşmək çox məyusluq yaradır.
Azərbaycan çempionatının səviyyəsi Liqa 1 ilə müqayisə oluna bilməz. Bu məntiqlə “Sent-Etyen” qələbə qazanmalıdır. Amma bizim yaxşı komandamız var. Yaxşı oynamağa və layiqli müqavimət göstərməyə çalışacağıq”.