Baqali Dabo: Budapeştdə bizə ikiqat ağır olacaq

“Neftçi”nin hücumçusu Baqali Dabo qitə liqasının ilk təsnifat mərhələsində “Uypeşt” üzərinda ilk oyun qələbəsinin (3:1) memarlarından biri olub. Allsport.az saytı xəbər verir ki, onun qolları komandamızı önə çıxarıb. Bu yay transfer pəncərəsi çərçivəsində “ağ-qaralar”a qoşulan fransalı futbolçu , cavab oyunu ilə bağlı öz fikiri bölüşüb:

“Təbii ki, qələbəyə görə şadıq. Hesabda geridə olsaq da, matçı çevirə bildik. Bilirəm ki, orada bizə ikiqat ağır olacaq, amma buna hazırıq. Var gücümüzlə işləyirik. Budapeştə ancaq və ancaq qələbə üçün yollanırıq.

Özümü çox yaxşı hıss edirəm. Həm meydanda, həm meydanın kənarında uşaqlarla çox mehribanıq. İnanıram ki, gələcəkdə “Neftçi” üçün bundan daha da faydalı olacağam”.

 

Həmin kateqoriyadan