Baqali Dabo: Yaxşı olardı ki, “Neftçi”yə azarkeşlik edən digər insanlar da stadiona gəlsinlər

“Neftçi”nin futbolçusu Baqali Dabo müsahibə verib. Allsport.az saytı xəbər verir ki, çempionluq uğrunda mübarizədə hədəfə çatmaq üçün var gücüylə çalışdıqlarını deyən 30 yaşlı fransalı qolçu, azarkeşləri stadiona səsləyib:

– Hazırda “Neftçi”də özünü necə hiss edirsən?
– Özümü “Neftçi”də çox yaxşı hiss edirəm. Hər şey qaydasındadı. Burada xoşbəxtəm.

– Çempionluq yarışında komandanın hazırkı vəziyyətini necə qiymətləndirirsən?
– Kifayət qədər yaxşı şanslarımız var. Çempionluq barədə fikirləşsək də, əsas məsələ hər növbəti oyundur.

– Hədəfə çatmaq üçün 5 tur qalıb. Qarşıdakı oyunlara hazırlığınız necə keçir?
– Komanda var gücüylə çalışır. Biz qələbəyə köklənirik.

– Bombardirlik yarışında lidersən. Hazırda hesabında olan 11 qolu məhsuldarlığın baxımından yaxşı hesab edirsənmi?
– Hücumun mərkəzindən çox cinahda oynadığımı nəzərə alsaq, məncə, bu, yaxşı nəticədi. Buna görə də, hazırda 11 qol məni qane edir.

– Növbəti rəqib “Səbail”di. Sonuncu dəfə onlara evdə məğlub olmusuz. Bu dəfəki görüşdən gözləntilərin nədi?
– Qələbə və yalnız qələbə. Bu, təkcə “Səbail”lə matça deyil, bütün oyunlara aiddi.

– Hazırda komandada azarkeşlərin ən çox ümid bəslədiyi futbolçulardan birisən. Ən qısa zamanda onların ürəklərini fəth eləyə bildin. Onlar sizdən qollar, qələbələr və çempionluq gözləyir. Bəs sən onlardan nə gözləyirsən?
– Azarkeşlərimiz bizi hər zaman dəstəkləyir. Biz də öz növbəmizdə onlar üçün meydanda hər şey etməyə hazırıq. Onlardan gözləntilərimiz yalnız və yalnız bizi hər oyunda sonadək dəstəkləmələridi. Yaxşı olardı ki, “Neftçi”yə azarkeşlik edən digər insanlar da stadiona gəlsinlər, dəstəklərini tribunalarda versinlər. Bu, bizə əlavə stimul verir, gücümüzü daha da artırır.

Həmin kateqoriyadan