- Baxış sayı: 68
- 12 Oktyabr 2026 11:22
- Baxış sayı: 136
- Oktyabr 14, 2026
- 0

Böyük Britaniya millisinin velosipedçisi Metyu Riçards irqçilikdə ittiham olunduğu üçün trek velosipedi üzrə dünya çempionatından kənarlaşdırılıb.
Allsport.az xəbər verir ki, idmançının etnik azlıqlara qarşı ayrı-seçkilik xarakterli ifadələr işlətdiyi və irqçi zarafatlar etdiyi iddia olunur.
Böyük Britaniya velosiped idmanı federasiyası Riçardsın yarış iştirakçıları siyahısından çıxarıldığını təsdiqləyib və onun barəsində araşdırmaya başlayıb.
Riçards Tokio olimpiadasında Avstraliya millisinin heyətində üç medal qazanıb. O, 2024-cü ilin avqustundan Böyük Britaniya yığmasını təmsil edir və ötən ilin yayında 200 metr məsafəyə hərəkətli startla yarışda dünya rekordu müəyyənləşdirib.