III raunddakı rəqibi

III raunddakı rəqibi

Qadın həndbolçulardan ibarət “Kür” komandasının EHF Avropa kubokunun III raundundakı rəqibi müəyyənləşib.

Allsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu mərhələdə Şimali Makedoniyanın “VHC Çair Skopye” kollektivi ilə üz-üzə gələcək.

Təqvimə əsasən, bu raundun ilk oyunları noyabrın 7-8-də, cavab qarşılaşmaları isə 14-15-də baş tutacaq.

Xatırladaq ki, “Kür” II raundda Kiprin APOEL klubunu mübarizədən kənarlaşdırıb – 40:18, 39:13.

Həmin kateqoriyadan