Millimiz BƏƏ-ni məğlub edib

Millimiz BƏƏ-ni məğlub edib

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyada keçirilən dünya çempionatında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) seçməsini məğlub edib.

Allsport.az xəbər verir ki, yığma Mali Loşin şəhərində baş tutan görüşdə 4:2 hesablı qələbə qazanıb.

Komanda ötən gün keçirdiyi görüşlərdə Rumıniyan ilə heç-heçə (3:3) edib, Çex Respublikasını isə üstələyib – 4:2.

Milli növbəti matçını sabah Slovakiya komandasına qarşı keçirəcək.

Həmin kateqoriyadan