- Baxış sayı: 39
- 14 Oktyabr 2026 23:57
- Baxış sayı: 136
- Oktyabr 14, 2026
- 0

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA çempionlar liqasında ardıcıl 9-cu oyunda qol vuraraq Robert Levandovski və Rud van Nistelroyun göstəricisini təkrarlayıb.
Allsport.az xəbər verir ki,ingiltərəli futbolçu II turda “Vikinq”lə (Norveç) 3:3 hesablı heç-heçə etdikləri matçda dubl müəllifi olub.
Beləliklə, Keyn turnir tarixində ardıcıl 9 oyunda qol vuran dördüncü futbolçu olub. Rekord isə 2017/18 mövsümündə “Real”ın heyətində ardıcıl 11 matçda fərqlənən Kriştianu Ronalduya məxsusdur.