Zədə onların planlarını pozdu

Zədə onların planlarını pozdu

Rusiyalı tennisçi Diana Şnayder və belçikalı Elize Mertens Çinin Uhan şəhərində keçirilən VTA-1000 turnirinin cütlər yarışından çəkiliblər.

Allsport.az xəbər verir ki, buna Mertensin əlindən aldığı zədə səbəb olub.

Yeddinci nömrə altında çıxış etməli olan Şnayder və Mertens ilk mərhələdə Çex Respublikasından olan Nikola Bartunkova və polşalı Maya Xvalinskaya ilə qarşılaşmalı idilər. Onları əsas mərhələdə estoniyalı İnqrid Nil və meksikalı Culiana Olmos dueti əvəz edəcək.

Şnayder və Mertens Pekində keçirilən VTA-1000 turnirinin cütlər yarışında yarımfinala yüksəlmişdilər.

Həmin kateqoriyadan