- Baxış sayı: 32
- 23 Sentyabr 2026 16:44
- Baxış sayı: 275
- Sentyabr 17, 2026
- 0

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen klubunu dəyişəcək.
Allsport.az xəbər verir ki, almaniyalı futbolçu “Jirona” ilə anlaşıb.
33 yaşlı oyunçu mövsümün sonuna qədər icarə əsasında bu komandada çıxış etməyə razılıq verib.
Ter Ştegen cari mövsümdə cəmi 1 oyunda meydanda olub.