- Baxış sayı: 35
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 117
- Sentyabr 23, 2026
- 0

“Barselona” İngiltərənin “Norviç” klubunun 16 yaşlı futbolçusu Ajay Tavaresin transferini bitirmək üzrədir.
Allsport.az xəbər verir ki, kataloniyalılar 2009-cu il təvəllüdlü istedad üçün Almaniya nəhənglərini qabaqlayaraq razılıq mərhələsinə gəliblər. Portuqaliya pasportuna malik olduğu üçün transferində hüquqi maneə olmayan gənc ulduzun ilk olaraq “Barselona B” komandasına qoşulması gözlənilir.
Tavares bu mövsüm “Norviç”in U-18 komandasında və İngiltərənin U-17 yığmasında göstərdiyi performansla diqqət çəkib.