“Barselona”nın alternativi

“Barselona”nın alternativi

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun və Uruqvay millisinin hücumçusu Darvin Nunes karyerasını İspaniyada davam etdirə bilər.

Allsport.az xəbər verir ki, “Barselona”, “Atletiko”nun hücumçusu Xulian Alvaresi transfer edə bilməsə, alternativ variant kimi Darvin Nunesə yönələcək.

Bildirilir ki, uruqvaylı futbolçu və ətrafı Kataloniya klubunun hücumçu axtarışını yaxından izləyir və onun münasib məbləğ qarşılığında “Barselona”ya keçə biləcəyinə inanır.

27 yaşlı forvard 2025/2026 mövsümündə “Əl-Hilal”ın heyətində keçirdiyi 24 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı təmsilçisi ötən ilin yayında Darvin Nunesi “Liverpul”dan 53 milyon avroya transfer edib. Onun “Əl-Hilal”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Həmin kateqoriyadan