Baş məşqçi Mahir Əmrəliyə qəzəbləndi

Millimizin hücumçusu Mahir Əmrəlinin çıxış etdiyi “Legiya”nın baş məşqçisi Marek Qolebiyevski konfrans liqasının qrup mərhələsinin 5-ci turunda “Lester”lə oyundan sonra fikirlərini bildirib.

Allsport.az xəbər verir ki, 41 yaşlı mütəxəssis buraxdıqları ilk qolda Əmrəliyə əsəbiləşdiyini deyib:

“Meydanda baş verənlərə hər zaman dərhal reaksiya verirəm. Ona görə də reaksiyam belə oldu. Oyunçu səhv edirsə və görürəm ki, bu, mənə qol bahasına başa gəlirsə, reaksiyam belə olur. Mahir sona qədər mübarizə aparmadı.

Xatırladaq ki, Mahir “Lester”lə matçda həm də penaltidən yararlana bilməyib. Ancaq qapıçıdan qayıdan topu komanda yoldaşı Filip Mladenoviç təkrar zərbə ilə tora daxil edib.

Həmin kateqoriyadan