- Baxış sayı: 41
- 20 İyul 2026 23:56
- Baxış sayı: 64
- İyul 19, 2026
- 0

“Neftçi”nin yeni mövsüm öncəsi açıq məşqində iştirak edən klubun baş icraçı direktoru Cəng Sümər növbəti premyer liqa və avrokubokla bağlı açıalama verdi. Allsport.az saytı xəbər verir ki, türkiyəli idman adamı bu dəfə daha iddialı danışdı:
“Dostluğumuz və taleyimiz güclü olsun. KİV nümayəndələrini burada qarşılamaqdan məmnunuq. Yeni mövsümün uğurlu keçməsini arzulayırıq. Hər rəqabət adil olsun. Avrokubokda iştirak edən bütün Azərbaycan klublarına müvəffəqiyyətlər diləyirəm. Sloveniyada yaxşı hazırlıq keçdik. Düzdür, ilk günlər düşünülən kimi olmadı – Avropada son 100 ilin ən isti hava şəraiti ilə qarşılaşdıq. Zamanla alışdıq, hər kəs çalışmadan razı qaldı.
Freddi Varqas bizdə icarə əsasında oynayırdı. Hazırda onun məxsus olduğu “Makkabi Netanya” ilə danışığımız davam edir. Uğurlu nəticə alacağımıza inanırıq. Baş məşqçinin qarşısına yeni mövsümdə çempionluq vəzifəsi qoyulub. Gələn sezon “Neftçi”nin 90-illiyidir. Yubileydə qalib olmaq istəyirik.
Dünya çempionatı bitir. Transfer bazarı fərqli istiqamətdə hərəkət edir. Hələlik bir yerli və 3 legionçu ilə güclənmişik. Hərçənd kifayətlənmək fikrində deyilik. Avrokubokda ilk ələməni adlayıb yolumuza davam etmək niyyətindəyik. Büdcəmiz yaxşıdır. Himayədarların dəstəyi ilə məşq qurğumuzu və futbol məktəbini daha genişləndirmək fikrindəyik”.