“”Bavariya” təkcə Keyndən asılı deyil”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta çempionlar liqasının 1/4 final mərhələsinin ilk oyunu öncəsi “Bavariya”nın hücumçusu Harri Keyn haqda danışıb.

Allsport.az xəbər verir ki, o, komandası haqda danışıb:

“Bavariya” təkcə Keyndən asılı deyil. Start heyətində daha 10 futbolçu var. Biz bu uşaqların və Keynin özünün nəyə qadir olduğunu çox yaxşı bilirik. Onun son 10 ildəki statistikası heyranedicidir. O, müxtəlif yollarla qol vura bilər və onun ətrafında ona bu imkanları verən oyunçular var. Bizim işimiz onları dayandırmaqdır”.

Həmin kateqoriyadan