- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

“Bayer Leverkusen” hücumçusu Viktor Bonifase ilə yeni müqavilə bağlayacaq.
Allsport.az xəbər verir ki, bundesliqa təmsilçisi 23 yaşlı futbolçuya 2029-cu ilə qədər davam edəcək sözləşmə təklif edib. Nigeriyalı oyunçu təklifi qəbul edəcəyi təqdirdə klubun ən yüksək məvacib alanına çevriləcək.
Bonifase 2023-cü ilin yayından “Bayer”də çıxış edir. O, cari mövsüm ərzində 15 matçda iştirak edib, 8 qol və 2 məhsuldar ötürməylə yadda qalıb.