- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

7 noyabrda Almaniyanın “Bayer” klubu Avropa liqasının 1/8 finalında Bakıda “Qarabağ” ilə 2:2 oynadı. Allsport.az saytı xəbər verir ki, Tofiq Bəhramov adına respublika stadionunda mətbuat konfransında qonaqların baş məşqçisi Xabi Alonso açıqlama verdi:
“Oyunun çətin olacağını bilirdik. İlk hissə ürəkaçan olmadı – hesabda geri düşdük. Növbəti yarıya yaxşı başladıq. Topa çox nəzarət etdik.
Yekunda hesabı bərabərləşdirə bildik. Cavab görüşü üçün 1 həftə vaxtımız var. Səhvlərimizin üzərində işləyəcəyik. Bu gün uduza da bilərdik. Rəqibin yaxşı fürsətləri oldu.
“Qarabağ” güclü rəqibdir. Liverkuzendə bizi asan oyun gözləmir. İmkanları əlli-əlliyə qiymətləndirirəm. “Braqa” ilə matçlarda buna bir daha əmin oldum. Futbolda hər an vəziyyət dəyişə bilər”.