“”Bayer”in çox yaxşı oyun fəlsəfəsi və bunu yaxşı yerinə yetirən futbolçuları var”

Sabah “Qarabağ” avroliqanın “H” qrupunun 4-cü turunda Tofiq Bəhramov adına respublika stadionunda Almaniyanın “Bayer” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, 8 noyabrda – Zəfər günündə keçirilən mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov bunu dedi:

“Diqqətli olmalıyıq. “Bayer”in çox yaxşı oyun fəlsəfəsi və bunu yaxşı yerinə yetirən futbolçuları var. Rəqibi yaxşı təhlil etmişik, artıq yaxından tanıyırıq.

Bu günlər bizdə bayramdır. Zəfər və Bayraq günlərini qeyd edirik. Komandamızda ovqat başqadır. Amma yenə də tam buna köklənməyimiz əks təsir də göstərə bilər.

Evdə oynayırıq. Bütün gücümüzü ortaya qoyacağıq. Rəqib güzəşt etmir, çox səviyyəlidir. Durumu yaxşı təhlil edib, Avropa liqasında mərhələ adlamağa çalışacağıq. Komandada hazırda elə bir çatışmamazlıq yoxdur”.

Həmin kateqoriyadan