“Bayer”in idman direktoru: “Məqsədimiz 1-ci yer tutmaqdır”

Almaniyanın “Bayer” klubunun idman direktoru Simon Rolfes Avropa liqasının qrup mərhələsinin püşkatmasının nəticələrinə əsasən komandasının “Qarabağ”, “Molde” və “Hekken”lə eyni qrupda mübarizə aparmasını şərh edib.

Allsport.az xəbər verir ki, almaniyalı klub rəsmisi “H” qrupunda birinci pilləni tutmaq istədiklərini söyləyib:

“Andrey Lunyovu “Qarabağ”la matçlarda yenidən görmək xoş olacaq. O, bir neçə gün öncə bu kluba keçib. “Molde” və “Hekken”ə gəlincə, bunlar Skandinaviya komandalarıdır, adları tanınmış olmaya bilər. Amma ötən mövsüm Avropa liqasının “Union”lala matçlardan (1:1, 4:1) görmüşük ki, belə komandalar nə qədər keyfiyyətli ola bilər. Şübhəsiz ki, yaxşı qrupumuz var. Məqsədimiz birinci yeri tutmaqdır”.

Həmin kateqoriyadan