“Bayern” mərakeşli hücumçunu istəyir

PSV-nin hücumçusu İsmayıl Saybarı bu yay “Bayern”ə keçə bilər. Allsport.az saytı xəbər verir ki, Münhen klubu, Entoni Qorodonun bu yay “Nyukasl”dan “Barselona”ya transferinin uğursuzluğundan sonra, 25 yaşlı oyunçu ilə danışıqlara başlayıb. Saybari indi PSV ilə razılığa gəlməlidir.

Mərakeş millisinin üzvünün Niderland klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt onun dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

Ötən mövsüm İsmayıl PSV-də bütün yarışlarda 37 oyunda 19 qol vurub və 9 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan