“Bazel” – “Trabzonspor” matçından sonra qalmaqal! Türkiyəli azarkeşlərə rezin güllələr atdılar…

Konfrans liqasının 1/16 finalının cavab görüşündə səfərdə “Bazel” komandasına 0:2 (ilk oyun – 1:0) məğlub olan “Trabzonspor” avrokubokla vidalaşıb. Allsport.az saytı xəbər verir ki, minlərlə türk azarkeş “fırtına”nı komandasını dəstəklədiyi halda, İsveçrə polisi matçdan sonra qalmaqala səbəb olub.

Zəlzələdən sonra Türkiyədə olduğu kimi, Avropanın hər yerindən azarkeşlər səfər matçına axışıb. Qara dənizliləri dəstəkləyən “Fənərbağça”, “Beşikdaş”, “Qalatasaray” və digər klublarıntərəfdarları Bazeldə “bordo-mavilər”i tək qoymayıb.

İsveçrə polisi matçdan sonra qonaq futbolsevərlərə rezin güllələr atarkən gözyaşardıcı qazla müdaxilə edib. Bordo-mavili azarkeşlər bu anları sosial şəbəkədə paylaşaraq, Türkiyə konsulluğundan kömək istəyiblər. Bildirilib ki, kömək çağırışından sonra konsulluq əməkdaşları Türkiyə vətəndaşlarına kömək etməyə tələsiblər. Yaralı vətəndaşlar üçün əraziyə sağlamlıq qrupları cəlb edilib.

Həmin kateqoriyadan