“Bazel”in prezidenti: “Qarabağ”la matç finala bərabər olacaq”

“Çempionat və avrokubokdakı hazırkı vəziyyəti bizim üçün uğurlu hesab etmək olar”.

Allsport.az xəbər verir ki, bunu “Qarabağ”ın UEFA konfrans liqasındakı rəqibi İsveçrə “Bazel”inin prezidenti Reto Baumqartner “Telebasel”ə açıqlamasında deyib.

54 yaşlı funksioner avrokubokdakı uğurlu çıxışı baş məşqçi Patrik Rahmenlə əlaqələndirib: “Bu ay keçirəcəyimiz 5 matçın hamısı finala bərabərdir. Rahmen klubdakı hamı kimi çox iddialıdır. Düşünürəm ki, düzgün yoldayıq. Ancaq mükəmməl demək üçün mütləq kubok qazanmalıyıq. İlin sonunadək çempionatda 4, konfrans liqasında isə “Qarabağ”a qarşı final matçımız var. Həmin görüşlərdə də uğurlu nəticə qazanmaq niyyətindəyik”.

“Bazel” – “Qarabağ” oyunu dekabrın 9-da keçiriləcək. Hər 2 komanda “H” qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup liderli ola və 1/8 finala yüksələ bilər.

Həmin kateqoriyadan