“Belə epizodları niyə görmürlər?“

Premyer liqanın 28-ci turunda “Araz-Naxçıvan” səfərdə “Sumqayıt”a 0:1 uduzub. Allsport.az xəbər verir ki, qonaqların baş məşqçisi Azər Bağırov oyun haqda danışıb:

“İlk dəfədir Sumqayıtdakı yeni inşaa olunmuş stadionda oluruq. Komanda üçün xeyirli olsun, bu arenada avrokubok oyunları keçirməklərini arzulayırıq. Oyunla bağlı çox danışmaq istəmirəm. Hakimlər sağ olsunlar. Onlar haqda danışmaqdan yorulmuşuq, amma qarşı tərəf yorulmadı bu cür qərarlar verməkdən. Rəqibin zərbəsindən sonra Miçonun ağzından qan gəlir, amma referi matçı saxlamır. Penalti haqda isə danışmağa dəyməz. Günahı onların üzərinə atmıram. “Qəbələ” ilə matçda oyunçumuza hakim haqlı olaraq qırmızı vərəqə gostərdi, etiraz etmədik, nə də bu haqda hansısa fikir bildirmədik. Bu dəfə belə epizodları niyə görmürlər?

Komandamız qışdan sonra heç də zəif oynamır, sadəcə fasilədə güclənə bilmədik. Bəzi oyunlar oldu ki, istədiyimiz effekti ala bilmədik.
Miço Kuzmanoviç mövsümün əvvəlində daha effektiv idi, indi də diqqət yetirsək, oyun ərzində 11000 metrə yaxın məsafə qət elədiyini görərik. Sadəcə, rəqiblər analiz edir, hər bir oyunçunu bağlamaq üçün tapşırıqlar verirlər”.

Həmin kateqoriyadan