Belçika klubunu baş məşqçisi: “Qarabağ” çətin rəqibdir

Konfrans liqasının 1/16 finalında “Qarabağ”a rəqib olan “Gent”in baş məşqçisi Heyn Vanhazebruk püşkü dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, belçikalı mütəxəssis Azərbaycan klubunu çətin tərəf müqabili sayıb:

“8 mümkün rəqibdən heç birini düşünmürdüm. Çünki burada asan rəqib olmur. “Qarabağ” da çətin rəqibdir. Təsadüfi deyil ki, az qala çempionlar liqasında qrup mərhələsinə adlayırdı. Polşa çempionu “Lex”i mübarizədən kənarlaşdırdılar, sonra İsveçrə çempionu “Sürix”i keçdilər. Daha sonra Macarıstan çempionu “Ferentsvaroş”u məğlub etdilər.

“Viktoriya” ilə matçlarda göz oxşayan oyun göstərdi. Deməli, möhkəm komandadır. Amma dediyim kimi, mənim gözümdə rəqiblərin hamısı eynidir və asan olanı yoxdur”.

Belçika klubunu baş məşqçisi: “Qarabağ” çətin rəqibdir

Həmin kateqoriyadan