Bellingemdən daha bir rekord

Çempionlar liqasının 1/8 final mərhələsinin “Leypsiq”lə cavab oyununda (1:1) məhsuldar ötürmə edən “Real”ın yarımmüdafiəçisi Cud Bellingem rusiyalı hücumçu Artem Dzyubanın nailiyyətini təkrarlayıb.

Allsport.az xəbər verir ki, 20 yaşlı futbolçu ÇL-də Madrid klubunun heyətində keçirdiyi ilk 6 oyunun hər birində qol vurub. Hazırda onun aktivində 4 qol və 4 məhsuldar ötürmə var.

2003/04 mövsümündən bəri 4 futbolçu ÇL-də 1 klub üçün ilk 6 oyunda məhsuldarlıqla (qol və ya assist) yadda qalıb.

Həmin kateqoriyadan