Bellingem geri döndü

Noyabrın 8-də çempionlar liqasının qrup mərhələsinin 4-cü turunun matçında “Real” doğma meydanda “Braqa”nı qəbul edəcək.

Allsport.az xəbər verir ki, Madrid klubu oyun üçün iştirak ərizəsini açıqlayıb. La liqanın 12-ci turunun “Rayo Valyekano” ilə matçında (0:0) zədələnən yarımmüdafiəçi Cud Bellingem oyuna çağırılan futbolçuların siyahısında yer alıb.

Qapıçılar: Lunin, Kepa, Pineyro.
Müdafiəçilər: Karvahal, Alaba, Naço, Vaskes, Fran Qarsiya, Rudiger, Mendi.
Yarımmüdafiəçilər: Bellinqem, Kroos, Modriç, Kamavinqa, Valverde, Gülər, Pas.
Hücumçular: Vinisius, Rodriqo, Xoselu, Brahim Diaz.

Həmin kateqoriyadan